Gəncənin nümayəndə heyəti Kutaisidə


02:28     05 May 2017 1493894223-856.jpeg

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərinın meri Şota Murquliyanındəvəti ilə "Kutaisi Günləri" tədbirində iştirak etmək üçün bu şəhərdə səfərdə olub.


İH-dən Femida.az-a daxil olan xəbərə görə, görüşdə Azərbaycan ilə Gürcüstan, eləcə də ayrı-ayrı regionlarımızarasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Şota Murquliya Gəncə və Kutaisi şəhərləri arasında 1996-cı ildə əsasıqoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davametdiyini bildirib.

Elmar Vəliyev deyib ki, bizim əlaqələrimiz qardaşlıq əlaqəsidir. “Biz bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi, Gəncə və Kutaisi şəhərləri arasında münasibətlərin davamlı olması və digər sahələrdə də inkişaf etdirilməsi üçün səylərimizi artıracağıq”.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəkibaş konsulu Rəşad İsmayılov, Milli Məclisin deputatı Naqif Həmzəyev,Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və GəncəTibb Kollecinin direktoru Mehman Rzayev də iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 589