Ukraynadan olan 40 hərbçi uşağı Türkiyədə dincələcək - Azərbaycanın hesabına
20:50 29 Yanvar 2017
Ukraynadan olan 40 hərbçi uşağı bu yay Azərbaycanın hesabına Türkiyədə istirahət edəcək.
Femida.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Nikolayevsk vilayət administrasiyasının rəhbəri Aleksey Savçenko öz Facebook səhifəsində yazıb.
O bu barədə razılığın yanvarın 28-də Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ilə keçirilən görüşdə əldə olunduğunu bildirib.
“Yayda anti-terror əməliyyatlarının Nikolayevskdən olan hərbçi iştirakçılarının 40 uşağı Türkiyədə istirahət edə biləcək. Bu barədə biz bu gün Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə razılığa gəldik. Bu sevgi və qayğıya görə ona təşəkkürümü bildirirəm”, -deyə qubernator söyləyib.
Oxunub: 7044
Oxşar xəbərlər
- Ukraynadan Azərbaycana toyuq əti gətirənlərə cinayət işi açıldı
- Ukraynadan Rusiyaya yeni sanksiyalar
- Ukraynadan etiraz: Putini MDB-də sədr istəmirik
- Ukraynadan gələn qatar bu gün Bakıya çatacaq
- Ukraynadan Rusiyanın məhkəmə hədəsinə cavab: “HAZIRIQ”
- Ukraynadan ermənilərə “soyqırım” zərbəsi
- Ukraynadan Azərbaycana insan orqanı gətirilir?
- Ukraynadan qaçdı Azərbaycanda tutuldu
- Ukraynadan “Bakı Gözlə Bizi” mesajı (VİDEO)