Bakıda pulla dolu “Pay Point“ oğurlanıb


17:29     24 Aprel 2015 terrm.jpg

Bakıda "Pay Point" aparatı oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində qeydə alınıb.

Ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər qəsəbə ərazisində içərisi pulla dolu, “Comted LTD”-yə məxsus "Pay Point" ödəniş terminalını oğurlayıb.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

Açar sözlər:

Oxunub: 2084