Milli Məclisdə hansı qanun layihələrinə baxılacaq?
21:46 31 Yanvar 2017
Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.
Femida.az xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxildir.
İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.
Milli Məclis, həmçinin "İnformasiya əldə etmək haqqında", "Müflisləşmə və iflas haqqında", "Mühasibat uçotu haqqında", "Reklam haqqında", "Qrant haqqında", "Sosial sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Aviasiya haqqında", "Gömrük tarifi haqqında", "Dövlət rüsumu haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlarda, Cinayət, İnzibati Xətalar, Gömrük məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxacaq.
Parlamentin yaz sessiyası mayın 31-dək davam edəcək.
Femida.az
Oxunub: 1187
Oxşar xəbərlər
- Milli Məclis bu tarixdə toplanır
- Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanlayıb
- Milli Turizm Təbliğat Bürosu ilə yekun vurdu
- Milli Məclis 25 qanuna dəyişiklikləri təsdiqlədi
- Milli Məclisdə deputatlar arasında gərgin müzakirə - Ordu ilə bağlı
- Milli Məclis toplanır
- Milli Məclisin iclası keçiriləcək - 38 məsələ müzakirə olunacaq
- Milli Məclisin sonuncu iclasının vaxtı məlum oldu
- Milli Məclisin saxlanma xərcləri artırılır
- Milli Məclis toplaşır - Bu gün iclas keçiriləcək