Rus nazir Polad Bülbüloğlu ilə görüşüb


23:33     31 Yanvar 2017 slayder-10-800x600.jpg

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin daxili işlər naziri Vladimir Kolokoltsevlə görüşüb.


Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı miqrasiya sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib.

Rusiyalı nazir son zamanlar iki ölkə arasında münasibətlərin aktivləşdiyini bildirib: "Bu münasibətlərə ötən ilin avqustunda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşündə imzalanan deklarasiya böyük impuls verib".

V. Kolokoltsev Rusiya və Azərbaycan hüquq-mühafizə orqanlarının MDB ölkələri miqrasiya orqanları rəhbərləri Şurası və birgə əməkdaşlıq komissiyası çərçivəsində qanunsuz miqrasiya ilə mübarizədə birgə aktiv iş apardıqlarını bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan Rusiyaya gələn insanların sayına görə, 5-6 yeri tutur. Rusiyalı nazir iki ölkənin daxili işlər nazirliklərinin xətti ilə əlaqələrin genişləndirilməsinin və inkişafının vacibliyini vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycan DİN-in Rusiyadakı nümayəndəsi, MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis general-mayoru Əkbər Yusifov da iştirak edib. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1818