Məmmədyarov Nalbandyanla görüşə bilər


19:05     01 Fevral 2017 teleqraf.com1411540747128975_4402242.jpg

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın ortalarında Münhen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır.


Bunu TASS-a açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

O bildirib ki, əgər nazirlər maraq göstərsələr, Minsk Qrupu onların birgə görüşünü təşkil edəcək.

“Bu yaxınlarda Dağlıq Qarabağ məsələsi Sergey Lavrovla Edvard Nalbandyan və daha sonra Elmar Məmmədyarov arasında müzakirə olunub. Əgər şərait tələb edərsə, üçtərəfli görüşün keçirilməsi imkanı da yarana bilər", - deyə o qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1489