Oğrular su sayğaclarını apardı


01:59     04 Fevral 2017 blank.jpg

Bakıda yaşayış binasından su sayğacları oğurlanıb.


Femida.az-ın xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsində qeydə alınıb.
Həmin küçədə yeni tikilən binalardan birində bir gecədə 20 mənzilin su sayğacı oğurlanıb.
Faktla bağlı zərərçəkənlər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə şikayət ediblər. Polis fakt üzrə araşdırma aparır.

Açar sözlər:

Oxunub: 1093