Ağstafada qumbara tapılıb


23:59     03 Fevral 2017 big_1418306719_qumbara.jpg

Ağstafa rayonunda hərbi sursat aşkar olunub.


Ötən gün rayonun Həsənsu kəndi ərazisində sakinlər heyvan otararkən xeyli sayda sursat aşkarlayıblar. Bu barədə dərhal rayon Polis Şöbəsinə məlumat verilib. Əraziyə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Saloğlu bölməsinin əməkdaşları cəlb olunub. ANAMA əməkdaşları istifadə üçün yararlı avtomat patronları və bir avtomat darağı, eyni zamanda yaxın ərazidə 2 qumbara aşkar edərək ərazinin yoxlanılmasına başlayıblar.

Qurumdan bildirilib ki, patronlar yararlı olduğundan yaxınlıqdakı hərbi hissələrdən birinə veriləcək. Digər sursatlar isə ANAMA-nın məhvetmə mərkəzində zərərsizləşdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1255