Peruda təbii fəlakət - 23 ölü


13:50     05 Fevral 2017 image136.jpeg

Peruda güclü daşqınlar nəticəsində 23 nəfər ölüb, 37 nəfər xəsarətlər alıb.

Təbii fəlakət nəticəsində 6 min nəfər evsiz qalıb, ümumilikdə isə 72 min nəfər ziyan çəkib. Daşqınlar 15 minədək tikiliyə ziyan vurub, minədək tikili tamam uçub, 14 körpü və 46 km yollar sıradan çıxıb.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 1500 hərbçi cəlb edilib.

Daşqınlar və yer sürüşmələrinə səbəb intensiv yağışlar olub. Yanvarın sonlarında ölkənin 4 şəhərində fövqəladə vəziyyət elan edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1038