Peruda daşqınlar 90 can aldı


12:49     26 Mart 2017 1490238937.jpg

Peruda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.


`RİA Novosti` agentliyinin verdiyi xəbərə gör, təbii fəlakət zamanı ümumilikdə 200 minədək yaşayış evinə və 863 min insana ziyan vurub. Daha 347 nəfər xəsarət alıb. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 766 mln. dollar ayırıb.

Məlumata görə, təbii fəlakət “El-Ninyo” iqlim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.

Femida.az

Açar sözlər:

Oxunub: 1130