Şəhid hərbçiyə medal verildi


01:59     01 Avqust 2015 sehid0.jpg


Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Eldar Fətəliyev müdafiə nazirinin əmri ilə ölümündən sonra təltif olunub. O hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medala layiq görülüb.

Femida.az-ın verdiyi məlumata görə, bu gün şəhidin yaşadığı Gədəbəyin Novoivanovka kəndində Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən medal onun ailə üzvlərinə təqdim edilib.
Ailəyə maddi yardım da edilib.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu Eldar Fətəliyev iyulun 24-də cəbhənin Gədəbəy istiqamətində şəhid olub. Bu gün isə şəhidin doğma kəndində onun 7 mərasimi keçirilib.
Mərasimdə kənd sakinləri və şəhər rəhbərliyi də iştirak edib. Mərasim iştirakçıları şəhidin qəbrini də ziyarət edilib.

Xatırladaq ki, Eldar Fətəliyev ailəli və 2 azyaşlı övlad atas idi.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər.

Bütün hallarda düşmənə atəşlə zərər vurulmaqla o susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib.
Azərbaycan Ordusu itki verib.

Açar sözlər:

Oxunub: 1043