Rusiya İrana 31 ton uran göndərib
13:12 08 Fevral 2017
Ötən gün Rusiyadan İrana uran konsentratın sonuncu partiyası tədarük edilib.
“Press-TV” telekanalınn verdiyi xəbərə görə, 31 ton uran İranın İsfahan şəhərinə çatdırılıb.
Uran konsentratının İrana tədarükü dörd mərhələdə həyata keçirilib. Ümumilikdə İrana 149 ton “sarı kek” adlandırılan uran konsentratı tədarük olunub.
Qeyd edək ki, İranın nüvə proqramı üzrə razılaşmanın bütün iştirakçıları Rusiyadan İrana uran konsentratının tədarük edilməsinə razılıq verib.
14 iyul 2015-ci il tarixli razılaşmaya əsasən, İran az zənginləşdirilmiş (zənginləşdirilmə səviyyəsi 3,67 faiz) uran istehsal etmək hüququna malikdir. Lakin ölkədə bu nüvə materialının ehtiyatı 300 kq-dan çox olmamalıdır. Nüvə materialı artıq olarsa, ölkədən ixrac edilməlidir.
Femida.az
Oxunub: 1167
Oxşar xəbərlər
- Rusiya aviabazasına böyük zərbə - Suriyada
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiya səfirininin ölümü ilə bağlı HƏBS QƏRARI
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiya polisi `Lotu Quli`ni axtarır
- Rusiya Kamçatkada yeni ordu yaradır
- Rusiya Mərkəzi Bankının sədri ABŞ-ı hədələdi
- Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu - VİDEO