Bir həftədə 232 İŞİD-çi öldürülüb


22:09     11 Fevral 2017 1438232257_iside-egitim-veren-4-turk-subayi-gozaltina-alindi-iddiasi_1143238_720_400.jpg

Son bir həftə ərzində Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 228 terrorçu üzvü zərərsizləşdirilib.


Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, koalisiya qüvvələrinə məxsus qırıcı təyyarələr xüsusən Əl-Bab bölgəsində İŞİD mövqelərinə hava hücumu həyata keçirib. Hava zərbələri nəticəsində həmçinin PKK və PYD-nin 5 terrorçusu məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Açar sözlər:

Oxunub: 2452