Münhen konfransı başlayır - Bu gün


15:02     17 Fevral 2017 munhen8.jpg

Bu gün sayca 53-cü Münhen Təhlükəsizlik Konfransı başlayır.


Femida.az-ın xəbərinə görə, fevralın 19-na qədər davam edəcək konfransda dünyanın müxtəlif ölkələrindən 500-dək rəsmi şəxs qatılacaq.

Konfransda Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra transatlantik əlaqələr və NATO-nun gələcəyi, təhlükəsizlik və müdafiə sahəsində Avropa əməkdaşlığı, Rusiya ilə əlaqələr, Suriya müharibəsi, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyət və informasiya müharibəsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 1388