Generallar təcili cəbhəyə getdi - Gərginliyə görə
14:13 23 Fevral 2017
Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi düşmənə qarşı daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən qoşunlarımıza istiqamətlər üzrə konkret tapşırıqlar verib.
Femida.az
Oxunub: 23609
Oxşar xəbərlər
- Generalların məhkəməsi davam edir
- Generalların məhkəməsi olub
- Generalların məhkəməsi davam edir
- Generallar Qarabağı müzakirə etdi
- Generalların məhkəməsi davam edir
- Generallar Fəxri Xiyabanda - Fotolar
- Generallar Həzi Aslanovun abidəsi önündə - FOTOLAR
- Generallar hərbi təlimləri izlədi (FOTO + VİDEO)
- Generallar aeroportda - Yoxlama aparılır
- Generallar bir arada - Milli Qəhrəmanın xatirəsi anıldı (FOTOLAR)