43 dərəcə istidə yanan fəhlələr - FOTO


20:26     03 Avqust 2015 11831443_659961180806749_649806371_o5.jpg


Anomal istilərin hökm sürdüyü bir vaxtda tikinti sahələrində işləyən fəhlələr, havanın temperaturun 43℃ olmasına baxmayaraq, öz işlərinə davam edirlər. Bu vəziyyət fəhlələrin sağlamlığı üçün böyük təhlükədir.

Görəsən, bu halda işçilərin əmək hüquqları pozulurmu? Doğrudanmı, fəhlələr bu cür isti havada işləmək məcburiyyətindədir?

Femida.az sualı cavablandırmaq üçün hüquqşünas Anar Qasımlı ilə əlaqə saxlayıb.

Anar Qasımlının fikrincə, bu hal əmək qanunvericiliyinə əsasən tənzimlənir:



“Əmək qanunvericiliyinə görə, 41 dərəcə istidə açıq havada görülən işlərə fasilə verilir. Əgər temperatur 43 dərəcənin üzərindədirsə, bu zaman iş tamamilə dayandırılmalıdır. Buna Dövlət Əmək Müfəttişliyi nəzarət edir. Həmin idarə sinoptiklərin verdiyi proqnoza uyğun olaraq hərəkət edir. İndiki halda havanın tempraturu əgər həmin həddə çatıbsa, işlər dayandırmalıdır”.

Ümid edirik ki, bu yazıdan sonra şirkət rəhbərliyinin qəlbində mərhəmət hissi yaranar və fəhlələri bu acınacaqlı vəziyyətdən xilas edərlər!!

Femida.az

Açar sözlər:

Oxunub: 2432