Düşmənin təxribat qrupu məhv edilib - TƏCİLİ


16:30     02 Mart 2017 mudafie%20n.jpg

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.


Femida.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

Femida.az

Açar sözlər:

Oxunub: 5569