Düşmənin cəbhədə təxribatı davam edir
13:55 01 İyul 2017
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (12 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.
Bu barədə Femida.az -a Azərbaycan Müdafə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 1555
Oxşar xəbərlər
- Düşmənin ələ keçirilən kəşfiyyatçısı danışdı - VİDEO
- Düşmənin video-müşahidə vasitəsi ələ keçirildi - FOTO
- Düşmənin raket kompleksi şəxsi heyəti ilə birlikdə məhv edilib - VİDEO
- Düşmənin dayaq məntəqəsi vuruldu: 5 erməni məhv edildi (VİDEO)
- Düşmənin hərbi-nəqliyyat vasitəsi məhv edildi - VİDEO
- Düşmənin təxribat qrupu məhv edilib - TƏCİLİ
- Düşmənin qərargahı vuruldu - Onlarla erməni məhv edildi (VİDEO)
- Düşmənin zirehli texnikası məhv edildi - RƏSMİ
- Düşmənin diversiya qrupu məhv edildi - VİDEO
- Düşmənin şəxsi heyətlə dolu hərbi maşını məhv edildi - VİDEO