Polisin axtardığı cinayətkar şkafdan çıxdı


20:52     07 Mart 2017 1967767.jpg

Britaniya polisi Bradford şəhərində ən çox axtarılan cinayətkarı tapıb, axtarış zamanı o, şkafın arxasında gizlənibmiş.



Femida.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə polis bölməsinin rəsmi “Facebook” səhifəsində məlumat yayılıb.

Hüquq-mühafizəçiləri dörd ünvan üzrə axtarış aparıb və yalnız sonuncu reyd uğurla başa çatıb.
“Kişi dördüncü ünvanda tapılıb, o, şkafın arxasında gizlənibmiş. O saxlanılıb və Böyük Britaniyaya deportasiya ediləcək”, - məlumatda deyilir.

Polislər qeyd ediblər ki, saxlanılan şəxs Böyük Britaniyada ən çox axtarılan cinayətkarlardandır. Onu Slovakiyada seksual zəmində törədilmiş ciddi cinayətlərdə ittiham edirlər.

Açar sözlər:

Oxunub: 1730