Polisin evini yaranlar tutuldu - Qohumlar imiş
16:26 27 Oktyabr 2017
Neftçala rayonunun Qaraqaşlı kənd sakini olan bir qadın oktyabrın 25-də Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, bir gün əvvəl evindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulunun oğurlandığını bildirib.
Femida.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru Toğrul Nəsirli məlumat verib.
Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib, rayon sakinləri Murad Eyvazov və əmisi oğlu Camal saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Qohumlar cinayəti sahibinin evdə olmadığından istifadə edərək birgə törətdiklərini, evdən 13 adda qızıl-zinət əşyaları oğurladıqlarını etiraf ediblər.
Barələrində aparılan tədbirlərlə onların oğurladıqları qızılları Qaraqaşlı kəndində yol kənarında basdırdıqları müəyyən edilib və həmin zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb.
Oxunub: 2130
Oxşar xəbərlər
- Polisin öldüyü qəzanın görüntüsü yayıldı - Video
- Polisin müsadirə etdiyi alkoqolu siçovullar içdi
- Polisin üzərinə kimyəvi məhlul atdı - Özünü də öldürdü
- Polisin axtardığı cinayətkar şkafdan çıxdı
- Polisinin avtomobilini çəkiclə əzən şəxsə hökm oxundu
- Polisin əsas vəzifələri - İNFOQRAFİKA
- Polisin 3 yaşlı oğlunu maşın vurdu
- Polisin vətəndaşı saxlama qaydalarında - Dəyişiklik
- Polisin vətəndaşı saxlama qaydalarında - Yeniliklər
- Polisin səlahiyyəti artırıldı