Dəhşətli qəzada ölən tələbələrin adları - Universitetdən açıqlama


14:53     09 Mart 2017 sumqayit2.jpg

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin adları məlum olub.


Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli bildirib ki, hadisə nəticəsində universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev və İbrahim Nəsibov ölüb.

Qəza nəticəsində xəsarət alan və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1999-cu il təvəllüdlü Canıyev Rəşad xəstəxanada dünyasını dəyişib. Mərkəzdən bildirilib ki, o, qəza nəticəsində ağır kəllə-beyin travması alıb.

Bundan başqa, mərkəzə gətirilən digər 3 nəfərdən biri ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər iki nəfər əməliyyat olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 6710