Dəhşətli qəza - Qız öldü, anası ağır yaralandı


14:55     07 İyul 2017 ford_qeza.jpg

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Respublika Dövlət Yol Polisi İdarəsindən Femida.az -a verilən məlumata görə, Şamaxı rayonu ərazisində “Kia” markalı avtomobillə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilində olan Aynurə Kərimova ölüb, anası Səhrayə Kərimova isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 3546