Rusiya Türkiyəyə qoyduğu qadağanı ləğv etdi


00:22     10 Mart 2017 rus%20turk%20mun09.jpg

Baş nazir Dmitri Medvedev bəzi kənd təsərrüfatı məhsullarının Türkiyədən Rusiyaya ixracına qoyulan qadağanın ləğvi ilə bağlı fərman imzalayıb.



Femida.az -ın “Haber7.com”a istinadən verdiyi xəbərə görə, Şimali Kiprdə səfərdə olan Türkiyə baş naziri Binəli Yıldırım rusiyalı həmkarı ilə telefon danışığı zamanı bu məlumatı əldə edib.

Telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da Moskvaya səfəri və səfər çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşü müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 707