Gürcüstandan partlayıcı gətirənlər tutuldu


20:44     11 Mart 2017 partlayici.jpg

Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-21063 markalı minik avtomobilinə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, idarənin hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında aparılan yoxlama zamanı avtomobilin sağ və sol arxa qanadlarının altından, motor hissəsindən və nəqliyyat vasitəsinin altında düzəldilmiş gizli saxlanc yerindən 34 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1066