Çavuşoğlu Lavrovla görüşdü


00:02     06 Avqust 2015 cavusoglu-lavrov-ile-gorustu-144157.jpg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrovun görüşü zamanı bir sıra iqtisadi məsələlər müzakirə edilib.


Femida.az xəbər verir ki, bu barədə M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb.

Görüş ASEAN-a (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) üzv ölkələrin Malayziyada keçirilən sammiti çərçivəsində baş tutub.

Türkiyənin xarici işlər naziri Suriya münaqişəsi və Krım məsələsinin də müzakirə edildiyini qeyd edib.

Açar sözlər:

Oxunub: 775