Çavuşoğlu qalmaqalı böyüyür - Türkiyə səfirə qadağa qoydu


13:34     14 Mart 2017 turkiye-2-nota_1489395459.jpg

Türkiyə hökuməti Niderlandın Ankaradakı səfirinin ölkəyə daxil olmasını qadağan edib.


Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

“Bizim tələblər yerinə yetirilənə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyulması qərarı qəbul edilib”, - deyə Kurtulmuş vurğulayıb.

Baş nazirin müavini Niderlandla yüksək səviyyəli görüşlərin təxirə salındığını da bəyan edib. Kurtulmuş qeyd edib ki, Türkiyə niderlandlı diplomatların da ölkəyə uçuşlarını qadağan edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 2048