Nəcməddin Sadıkov Moskvaya gedib
19:24 14 Mart 2017
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov martın 14-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb.
MN-dən Femida.az-a verilən məlumata görə, N.Sadıkov martın 15-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.
İclasda nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.
İclas çərçivəsində “Suriya Ərəb Respublikasında keçirilən döyüş əməliyyatları nəticəsində qazanılmış təcrübələrə əsasən terrorizmə qarşı mübarizənin hərbi aspektləri” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur.
Femida.az
Oxunub: 2616
Oxşar xəbərlər
- Nəcməddin Sadıkov Vaşinqtonda önəmli görüşdə iştirak etdi - FOTO
- Nəcməddin Sadıkov ABŞ-a gedib
- Nəcməddin Sadıkov Gerasimovla Qarabağı müzakirə etdi - VİDEO
- Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin rəhbəri ilə görüşüb - FOTO
- Nəcməddin Sadıkov prezidentə raport verdi
- Nəcməddin Sadıkov ABŞ-a gedib
- Nəcməddin Sadıqov NATO toplantısında - FOTO
- Nəcməddin Sadıkov NATO toplantısına gedir
- Nəcməddin Sadıkov beynəlxalq sərgidə iştirak edib
- Nəcməddin Sadıkov Xorvatiyadadır