Nəcməddin Sadıkov beynəlxalq sərgidə iştirak edib
23:59 26 Aprel 2017
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Xorvatiya Respublikasının Split şəhərində keçirilən 4-cü “Adriatik Dəniz Müdafiə və Hava Məkanı Sərgisi”ndə iştirak edib.
Femida.az -ın MN-in saytına istinadən verdiyi məlumata görə, Xorvatiya Müdafiə Nazirliyinin sponsorluğu və dəstəyi ilə keçirilən bu tədbirin məqsədi hərbi sənaye mütəxəssisləri və istehsalçıları ilə bu sahənin liderlərini, icraçılarını və siyasətini təyin edən rəsmilərini bir araya gətirmək və satınalma sahəsində müasir müdafiə texnologiyalarını müzakirə etməkdir.
Sərgidə 70-ə yaxın xarici nümayəndə heyəti və 500-dən çox yerli və xarici şirkətlər iştirak edir.
Açılış mərasimində Xorvatiyanın Prezidenti, Baş Nazirin müavini - Müdafiə Naziri və digər dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Səfər zamanı general-polkovnik N. Sadıkov sərgi ilə tanış olub və ikitərəfli görüşlər keçirib.
Femida.az
Oxunub: 1509
Oxşar xəbərlər
- Nəcməddin Sadıkov Vaşinqtonda önəmli görüşdə iştirak etdi - FOTO
- Nəcməddin Sadıkov ABŞ-a gedib
- Nəcməddin Sadıkov Gerasimovla Qarabağı müzakirə etdi - VİDEO
- Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin rəhbəri ilə görüşüb - FOTO
- Nəcməddin Sadıkov prezidentə raport verdi
- Nəcməddin Sadıkov ABŞ-a gedib
- Nəcməddin Sadıqov NATO toplantısında - FOTO
- Nəcməddin Sadıkov NATO toplantısına gedir
- Nəcməddin Sadıkov Xorvatiyadadır
- Nəcməddin Sadıkov Moskvaya gedib