Atəşkəs 100 dəfə pozuldu - Cəbhədə son vəziyyət
14:07 16 Mart 2017
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 100 dəfə pozub.
Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Voskevan, Barekamavan, Berdavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Fərəhli, Quşçu Ayrım, Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor, Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Şuraabad, Mərzili, Nəmirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 928
Oxşar xəbərlər
- Atəşkəs 126 dəfə pozuldu
- Atəşkəs 119 dəfə pozuldu
- Atəşkəs 121 dəfə pozulub - Cəbhədə son durum
- Atəşkəs 115 dəfə pozulub
- Atəşkəs 36 725 dəfə pozulub - 11 ayın statistikası
- Atəşkəs 127 dəfə pozuldu
- Atəşkəs 118 dəfə pozuldu
- Atəşkəs rejimi 134 dəfə pozulub
- Atəşkəs 128 dəfə pozulub
- Atəşkəs rejimi 120 dəfə pozulub