Məktəblərdə tətil günləri açıqlandı
15:17 18 Mart 2017
Təhsil Nazirliyi Novruz bayramı ilə bağlı məktəblərdə qeyri-dərs günlərini açıqlayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir.
Nazirlikdən bildirilib ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 18-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə martın 17-si dərs günüdür.
Qanunvericiliyin tələblərinə uyğun olaraq bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 25-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə martın 27-si dərs günüdür.
Yəni 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs olmayacaq.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilində 5 günlük payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvarda olub. İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq.
Xatırladaq ki, Novruz bayramında 9 gün ardıcıl iş günü olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir. 18, 19, 25 və 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında ardıcıl 9 gün qeyri-iş günüdür.
Femida.az
Oxunub: 1509
Oxşar xəbərlər
- Məktəblərdə neçə gün tətil olacaq?
- Məktəblərdə işə qəbul üzrə müsabiqənin vaxtı açıqlandı
- Məktəblərdə ilk dərs Cocuq Mərcanlıya həsr ediləcək
- Məktəblərdə 5 gün dərs olmayacaq
- Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv olunmayacaq
- Məktəblərdə tətil günlərinin vaxtı açıqlanıb
- Məktəblərdə dezinfeksiya işləri aparılır
- Məktəblərdə 5 gün dərs olmayacaq
- Məktəblərdə ixtisar gözlənilirmi?
- Məktəblərdə Yeni il şənlikləri keçiriləcək? – Nazirlikdən açıqlama