Məktəblərdə neçə gün tətil olacaq?
13:32 20 Dekabr 2017
Təhsil Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar orta məktəblərdə dərslərin hansı tarixlərdə keçiriləcəyinə aydınlıq gətirib.
Femida.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsindən əvvəlki gün, yəni dekabrın 30-u həftənin şənbə gününə təsadüf etsə də, 6 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər həmin gün dərslərdə normal qaydada iştirak etməlidirlər. 5 günlük tədris həftəsi ilə oxuyanlar üçün isə dərslər dekabrın 29-da bitəcək.
C.Valehov deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-i (2017-ci il), yanvarın 1, 2 və 3-ü (2018-ci il) ölkədə qeyri-rəsmi iş günü hesab edildiyindən həmin tarixlərdə məktəblərdə dərslər keçirilməyəcək. Beləliklə, 5 günlük tədris həftəsi ilə işləyən orta məktəblərin şagirdləri ümumilikdə 5 gün – dekabrın 30, 31 və yanvarın 1, 2, 3-də, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərin şagirdləri isə 4 gün – dekabrın 31 və yanvarın 1, 2 və 3-də istirahət edə biləcəklər. Yanvarın 4-də isə bütün orta məktəblərdə tədris davam etdiriləcək.
Xatırladaq ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində (5 gün) olacaq.
Femida.az
Oxunub: 2112
Oxşar xəbərlər
- Məktəblərdə işə qəbul üzrə müsabiqənin vaxtı açıqlandı
- Məktəblərdə ilk dərs Cocuq Mərcanlıya həsr ediləcək
- Məktəblərdə tətil günləri açıqlandı
- Məktəblərdə 5 gün dərs olmayacaq
- Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv olunmayacaq
- Məktəblərdə tətil günlərinin vaxtı açıqlanıb
- Məktəblərdə dezinfeksiya işləri aparılır
- Məktəblərdə 5 gün dərs olmayacaq
- Məktəblərdə ixtisar gözlənilirmi?
- Məktəblərdə Yeni il şənlikləri keçiriləcək? – Nazirlikdən açıqlama