Londonda Novruz bayramı qeyd edilib
14:01 21 Mart 2017
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Novruz şənliyi keçirilib. Tədbirdə Britaniyada yaşayan azərbaycanlılar, bu ölkənin ictimaiyyət nümayəndələri, tanınmış siyasi xadimlər, diplomatlar, iş adamları iştirak ediblər.
Femida.az bildirir ki, bayram tədbirində Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğu qeyd edilib. Ölkəmizin müstəqilliyinin bərpa olunması ilə bu bayramın daha da rəngarəng, şən və yüksək əhval-ruhiyyədə keçirildiyi vurğulanıb.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin bu ölkədə yaşayan həmvətənlərimizə ünvanlanan təbriki diqqətə çatdırılıb.
Sonra tədbir şənlik proqramı ilə davam etdirilib, qonaqlara milli yeməklər və Novruz şirniyyatları təqdim olunub.
Femida.az
Oxunub: 830
Oxşar xəbərlər
- Londonda insident - 12 nəfər yaralandı
- Londonda zəhərlənmə
- Londondakı terakta görə 18 yaşlı gənc saxlanıldı
- Londondakı terrorda yaralananların sayı artır
- Londondakı terrorda azərbaycanlı yaralanmayıb - RƏSMİ
- Londonda güclü partlayış - VİDEO
- Londonda terrorda şübhəli bilinən 2 nəfər tutulub
- Londonda bina yanıb
- Londonda daha bir insident: ölən və yaralananlar var
- Londondakı yanğında 58 nəfər itkin düşüb