Londondakı terrorda yaralananların sayı artır


02:04     16 Sentyabr 2017 1da94cdd7bf243c8cb3a8581bd39e1d0.jpg

London metrosunda baş verən partlayış nəticəsində yaralananların sayı 29-a çatıb.


`RİA Novosti` agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl 22 nəfərin yaralandığı bildirilirdi.

Xəsarət alanların həyatlarına təhlükə olmadığı bildirilir. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Skotland-Yarddan bildirilib ki, qatarda yerləşdirilən əldəqayırma partlayıcı qurğu tam işə düşməyib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib, onun adı hələ ki, açıqlanmır.

London metrosunun "Parsons Green” stansiyasında partlayış bu gün, səhər saatlarında baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 903