PKK tərəfdarları Niderlandda aksiya keçirib


21:15     21 Mart 2017 74b4296c-a1c7-48d4-94fa-f0db5b94d151.jpg

PKK terror qruplaşmasının tərəfdarları Niderlanda razılaşdırılmış aksiya keçiriblər.


Bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.

Xəbərdə bildirilir ki, aksiya Haaqada baş tutub. Aksiya iştirakçıları əllərində PKK terrorçularının rəhbəri Abdulla Öcalanın portretlərini və terrorçuların simvolları olan bayraqları tutublar. İki yüzədək adamın iştirak etdiyi tədbirin təşkilatçıları aksiyanı Novruz bayramına aid etməklə aksiyanın əsl səbəblərini ört-basdır etməyə çalışıblar.

PKK tərəfdarları Türkiyədə aprelin 16-da Konstitusiya üzrə referendumda dəyişikliklər paketinə qarşı çağırışlar səsləndiriblər. Tədbirin təşkilatçıları Belçikanın paytaxtı Brüsseldə, Avropa İttifaqının əsas qurumlarının yerləşdiyi yerdə analoji aksiya keçirməyə çağırıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 791