Bərdədə ağır qəza: 3 nəfər ölüb


01:10     23 Mart 2017 137a4c4c-291d-4d7d-9c34-f6cd1fc64b10.jpg

Bərdədə 3 nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.


Femida.az `Report`a istinadən xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb.

Qəza "VAZ-2106" markalı avtomobillə "Mercedes"in toqquşması nəticəsində baş verib. Hadisə zamanı "Jiquli" bir neçə dəfə fırlanaraq aşıb. Bu səbəbdən ölənlərin məhz "06"dakı sürücü və sərnişinlərdən olduğu ehtimal edilir. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2173