Günün hava proqnozu


14:05     25 Mart 2017 1360271244_hava-haqqinda.jpg

Martın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, bu gün bəzi yerlərdə zəif duman olacaq.

Şimal-şərq küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Açar sözlər:

Oxunub: 1061