57 yaşlı kişi damarlarını doğradı - Bakıda intihar


13:14     29 Mart 2017 damarlarini99659.jpg

Bakıda intihar hadisəsi baş verib.


Sabunçu Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, hadisə rayonun Anaşkin küçəsi 8 A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 57 yaşlı Baba Fərhad oğlu Babayev qollarında damarlarını doğrayıb. Nəticədə o, hadisə yerində keçinib.

B. Babayevin özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

O, üç uşaq atası olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 730