Güllələnən şəxs məktəb direktoru imiş - Yevlaxdakı QƏTLİN TƏFƏRRÜATI
14:22 31 Mart 2017
Martın 30-da Yevlax rayonunda odlu silah ilə törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Femida.az report-a istinadən xəbər verir ki, güllələnərək öldürülən Tağı Qurbanov Hacıselli kənd orta məktəbinin direktoru olub.
Hadisə o, işdən çıxıb evə gedən zaman baş verib. Azaq Musayev adlı şəxs aralarında yaranmış mübahisə zəminində həmkəndlisinə "İJ" markalı ov tüfəngindən atəş açıb. Müxtəlif bədən xəsarətləri alan T.Qurbanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, mərhum uzun illər kənd məktəbinə rəhbərlik edib, şagirdlər, valideynlər ondan razı olublar. Yevlax Rrayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törədən şəxs saxlanılıb, onun hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.
Femida.az
Oxunub: 2851
Oxşar xəbərlər
- Güllələnən azərbaycanlı avtoritet xəstəxanadan qaçdı
- Güllələnən azərbaycanlı “vorzakon”un - Fotosu yayıldı
- Güllələnən iş adamının arvadı İcra Hakimiyyətinə qalib gəldi - Məhkəmədə
- Güllələnən rus səfir öldü - Son dəqiqə
- Güllələnən erməni əsgəri ölüm ayağında - Foto
- Güllələnən çempionla bağlı Rəsmi açıqlama
- Güllələnən polisin səhhəti ilə bağlı - SON XƏBƏR