Güllələnən azərbaycanlı avtoritet xəstəxanadan qaçdı


16:26     05 Sentyabr 2017 f36da56c691a462a25a8926535754af0.jpg

Bir müddət əvvəl Abxaziyada güllələnən və Suxumi şəhər xəstəxanasında müalicə olunan “Rəşad Gəncinski” ləqəbli qanuni oğru Rəşad İsmayılov barəsində axtarış elan edilib.


Rusiya KİV-lərinin yaydığı məlumata görə, o, bir sıra cinayətdə ittiham olunur.

Məlumata görə, Moskva polisi bir qədər əvvəl İsmayılovun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları “Raşad Gəncinski” barəsində axtarış elan edib.

Bu arada, Lent.az-ın yaydığı məlumata görə, ayağından yaralanan Rəşad Gəncinski müalicə aldığı xəstəxananı qəfil tərk edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1403