Onlar Azərbaycana vizasız gələcək - İlham Əliyev sərəncam verdi
14:55 31 Mart 2017
Sabahdan IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslər, Oyunların iştirakçıları viza almadan Azərbaycana gələ biləcəklər.
Femida.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2 mart 2017-ci il tarixli sərəncamında əksini tapıb. Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər.
IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.
Femida.az
Oxunub: 11218
Oxşar xəbərlər
- Onlar internetdə gənclərə narkotik satıb
- Onların ölkədən çıxışı məhdudlaşdırılır
- Onları 18 il həbs cəzası gözləyir — Qanun dəyişdirilir
- Onlar əməkdar artist oldular
- Onları aldadıb qoyunlarını aldı
- Onlara diplomatik pasport veriləcək
- Onların şəhidliyindən 1 il keçir - 6 şəhidin həyat yolu
- Onların kommunal xərclərini dövlət ödəyəcək - FƏRMAN
- Onlar 700 manat maaş alacaq
- Onlar işə qəbul olacaq - Sabah imtahandır