19 minə yaxın şəxsə ipoteka krediti verilib


23:59     03 Aprel 2017 ipoteka.png

"Azərbaycan İpoteka Fondu" ASC (AİF) xətti ilə indiyə qədər 18 758 ipoteka krediti verilib.


Femida.az AİF-ə istinadən xəbər verir ki, bu kreditlərin ümumi məbləği 778 956 830 manat olub.

Bu isə o deməkdir ki, dövlət xətti ilə ipoteka kreditlərinin orta məbləği 41 526,65 manatdır.

Xatırladaq ki, AIF ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Femida.az

Açar sözlər:

Oxunub: 782