Atəşkəs rejimi 121 dəfə pozulub
13:50 04 Aprel 2017
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 121 dəfə pozub.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Mərzili, Cəvahirli, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 661
Oxşar xəbərlər
- Atəşkəs 126 dəfə pozuldu
- Atəşkəs 119 dəfə pozuldu
- Atəşkəs 121 dəfə pozulub - Cəbhədə son durum
- Atəşkəs 115 dəfə pozulub
- Atəşkəs 36 725 dəfə pozulub - 11 ayın statistikası
- Atəşkəs 127 dəfə pozuldu
- Atəşkəs 118 dəfə pozuldu
- Atəşkəs rejimi 134 dəfə pozulub
- Atəşkəs 128 dəfə pozulub
- Atəşkəs rejimi 120 dəfə pozulub