Rus bölməsi abituriyentlərinin nəzərinə!


19:30     04 Aprel 2017 yoxlama_245878457676767_34786767.jpg

Rus bölməsi abituriyentləri üçün keçiriləcək Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb.


Femida.az-ın xəbərinə görə, aprelin 9-da keçiriləcək Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni http://eservices.dim.gov.az/brxvbak/ internet səhi¬fəsinə daxil olaraq çap edib götürməlidirlər.

Qeyd edək ki, Aprelin 9-da keçiriləcək ilk imtahanda iştirak etmək istəyən abituriyentlər martın 31-i saat 23:59-dək elektron ərizələrini təsdiq etməli idilər. Beləliklə, 9 aprel tarixində keçirilən imtahanda iştirak etmək üçün martın 31-i saat 23:59-dək 6 150 abituriyent ərizələrini təsdiq edib.
Ərizələrini aprelin 1-dən 10-dək təsdiq edən abituriyentlər iyunun 11-də keçirilən imtahanda iştirak edirlər.

“Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə - aprelin 9-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 11-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 807