Terror qurbanı olan Dilbarə Azərbaycanda dəfn olunacaq
00:34 05 Aprel 2017
Sankt-Peterburq metrosunda terror hücumunda həlak olan Dilbarə Əliyeva doğma vətənində dəfn olunacaq.
Femida.az `Report`a istinadən xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” qəzetinə mərhumun təhsil aldığı imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetindən məlumat veriblər.
Universitetdən bildiriblər ki, D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhumu qohumlarının yaşadığı tarixi vətənində dəfn etməyi planlaşdırırlar. Mərhumun meyitinin sabah Bakıya çatdırılacağı gözlənilir.
İyirmi yaşlı D.Əliyeva ali məktəbin üçüncü kursunda, İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil alırdı. O, Bakıda anadan olsa da, çoxdan valideynləri ilə birgə Sankt-Peterburqa köçüb, elə orada məktəbə gedib.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosinda törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb. Yaralılar arasında daha bir azərbaycanlı, Rusiya vətəndaşı Zaur Vəliyev də var. Onun durumu orta ağır kimi qiymətləndirilir.
Femida.az
Oxunub: 11451
Oxşar xəbərlər
- Terrorçular jurnalisti öldürdü
- Terror aktı planlaşdıran 6 İŞİD üzvü tutuldu
- Terrorçular 33 nəfəri girov götürüb
- Terrorçular hərbi bazaya hücum edib - 26 ölü
- Terrorçu kanalizasiya borusundan çıxarıldı
- Terrorda yaralananların sayı 119-a çatdı
- Terrorçu liderlərdən biri təslim oldu
- Terrorçular bir şəhəri ələ keçirib
- Terrorçular 70 nəfər əsir götürüb
- Terrorçuluqla bağlı qanun dəyişir