81 yaşlı kişi qohumunu güllələdi - Hacıqabulda
20:33 08 Avqust 2015
Hacıqabulda 81 yaşlı kişi qohumunu güllələyərək qətlə yetirib.
Hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Kolanı kəndində baş verib.
Kənd sakini, 1934-cü il təvəllüdlü Şirəliyev Sərhəd Səhət oğlu qohumu, 1971-ci il təvəllüdlü Ədilov Habil Nəcəf oğlunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.
Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzindən bildirilib ki, meyitin müayinəsi zamanı ürək, baş və digər bədən nahiyəsində 3 güllə yarası aşkar edilib.
Qohumların dediyinə görə, hadisənin S. Şirəliyevin evində usta işləyən Habil Ədilovla pul üstündə yaranmış mübahisə zəminində baş verdiyi ehtimal edilir.
S. Şirəliyev həbs edilib.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./apa/
Oxunub: 1109
Oxşar xəbərlər
- 81 yaşlı qadın yanıb öldü
- 81 yaşlı kişi özünü asıb
- 81 yaşlı kişi damdan yıxılaraq ölüb
- 81 yaşlı kişi ipdən asılı qaldı - Yaxınları xilas etdi
- 81 dövlət əmlakı hərraca çıxarılır
- 818 nəfər ölkədən getdi - STATİSTİKA
- 81 yaşlı qadının meyiti tapılıb
- 81 yaşlı cərrahla bağlı qərar verildi
- 81 yaşında evlənib - Azərbaycanın ən yaşlı bəyi
- 812 nəfər insan alverinin qurbanı olub