Şimşək çaxacaq, yağış yağacaq
17:59 06 Aprel 2017
Aprelin 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var.
Cənub küləyi əsəcək.
ETSN-dən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 14-18° isti, Bakıda gecə 4-6° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 9-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 739
Oxşar xəbərlər
- Şimşək, yağış, çiskin... - Sabahın havası
- Şimşək çaxacaq, yağış yağacaq
- Şimşək, yağış, leysan — FAKTİKİ HAVA
- Şimşək, qar, külək... - Sabahın havası
- Şimşək çaxacaq, yağış yağacaq... - Sabahın havası
- Şimşək çaxacaq, arabir yağış yağacaq
- Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ
- Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası
- Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ