Kliçko Azərbaycana gələcək


16:17     07 Aprel 2017 klicko3.jpg

Yaxın aylarda Kiyev şəhərin meri Vitali Kliçko Azərbaycana səfər edəcək.



Femida.az -ın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko məlumat verib.

"Biz Azərbaycanın "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı təcrübəsini öyrənirik. Kiyev meri Azərbaycana səfər edəcək. Bildiyiniz kimi, Münhendə Kliçko prezident İlham Əliyevlə görüşüb və dəvət alıb. Hazırda səfərin tarixi barədə hər iki şəhərin icra hakimiyyətləri arasında danışıqlar gedir", - deyə səfir vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1023