Hüquqi şəxslərin qeydiyyat müddəti 3 dəfə azaldıldı


03:49     10 Avqust 2015 143902095173835290_1000x669.png

Vergilər Nazirliyinin göstərdiyi elektron xidmətlərin siyahısında vergi ödəyicilərinin elektron qeydiyyatı xüsusi yer tutur. Hüquqi şəxslərin elektron qeydiyyatı iki üsulla - sürətli və adi qaydada həyata keçirilir. Həmin qeydiyyat təsisçi bir nəfər olduqda tətbiq edilir.


Femida.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu halda təsisçi yalnız özü, təyin edəcəyi rəhbər və cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatı sistemə daxil edib elektron imza qoymaqla hüquqi şəxsin dövlət qeydiyyatı üçün tələb olunan məlumatları qeydiyyat orqanına təqdim etmiş olur.

Təsisçilərin sayı birdən çox olduqda, həmçinin hüquqi şəxsə aid daha geniş məlumatların daxil edilməsi tələb olunduqda isə adi elektron qeydiyyat üsulu seçilir.

Hazırda qanunvericilikdə yeni dəyişikliklər aparılaraq e-qeydiyyata keçidlə əlaqədar prosesin başa çatdırılması üçün vətəndaşlar tərəfindən yerinə yetirilən əməliyyatların sayı, xərclənən vəsaitin məbləği və sərf edilən vaxt minimuma endirilib. Bunun müqabilində isə Azərbaycanda hüquqi şəxsin qeydiyyata alınması müddəti 3 dəfə azaldılıb./azertac/

Açar sözlər:

Oxunub: 1452