Ali məktəblərə ərizə qəbulunun müddəti uzadıldı
21:16 10 Aprel 2017
I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 11 aprel saat 23:59-dək uzadılıb.
Dövlət imtahan Mərkəzindən Femida.az -a verilən xəbərə görə, abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.
Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.
Femida.az
Oxunub: 638
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Jurnalist Oğuz Altayın vəfatından 1 il keçir
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Jurnalist Araz Zeynalov vəfat edib
- Britaniya kəşfiyyatı: "Xersonda ərzaq qıtlığı əhalinin kütləvi köçünə səbəb olacaq"
- Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb