Məmmədyarov TÜRKSOY-un baş katibi ilə görüşdü
23:51 14 Aprel 2017
Xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə TÜRKSOY-un fəaliyyəti, incəsənət və mədəniyyət sahəsində həyata keçirdiyi tədbirlər və türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.
Baş katib Düsen Kaseinov Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş Azərbaycan-TÜRKSOY əlaqələri haqqında kitabı təqdim edib.
TÜRKSOY-un fəaliyyətindən danışan Düsen Kaseinov Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş TÜRKSOY Gənclik orkestrinin İngiltərə, Şotlandiya və İtaliyada keçirilmiş konsertində səsləndirilmiş türk dünyası müasir klassik musiqi bəstəkarlarının əsərləri, həmçinin TÜRKSOY "Beynəlxalq Novruz bayramı" çərçivəsində Ankara, İstanbul, Nyu-York və Vaşinqtonda keçirilmiş konsertlərində səsləndirilmiş musiqilərin yer aldığı diski təqdim edib.
Görüşdə TÜRKSOY-un gündəliyində duran məsələlər, digər beynəlxalq qurumlarla əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 762
Oxşar xəbərlər
- Məmmədyarov TürkPA-nın baş katibini qəbul edib
- Məmmədyarov Rusiya səfiri ilə vida görüşü keçirib
- Məmmədyarovun həmsədrlərlə görüşü başladı - FOTO
- Məmmədyarovla Nalbandyan görüşəcək
- Məmmədyarov gürcü həmkarına məktub yazdı
- Məmmədyarov Vyanaya gedir - Nalbandyanla görüşəcək
- Məmmədyarov Çavuşoğlu ilə görüşdü
- Məmmədyarov Çindən gələn nümayəndələri qəbul etdi
- Məmmədyarov həmsədrlərin təklifini qəbul etdi
- Məmmədyarov Moskvada həmsədrlərlə görüşür